EN

19 yaşlı gənc başından güllələnmiş vəziyyətdə tapıldı

19 yaşlı gənc avtomobilinin içərisində başından güllələnmiş vəziyyətdə tapılıb.
 
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Türkiyənin Afyonkarahisar bölgəsində baş verib.
 
Əldə edilən məlumata görə, avtomobildə bir nəfərin hərəkətsiz vəziyyətdə olduğunu görən yerli sakinlər vəziyyəti Təcili Yardım Xidmətinə və Polisə bildirib və kömək istəyiblər.
 
Xəbər üzərinə çoxlu polis və təcili yardım qrupları bölgəyə sövq edilib. Əraziyə gələn qruplar avtomobildə olan şəxsin başından güllə yarası aldığını və öldüyünü müəyyən ediblər.
 
Aparılan araşdırma zamanı həmin şəxsin 19 yaşlı Halilhan K. adlı şəxs olduğu müəyyən edilib.

Polis hadisənin intihar yoxsa qətl olduğunu araşdırır.
 
Oksana

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
64
azxeber.com

1Sources