EN

Avropa ölkələrinin diplomatları İran XİN-ə çağırılıblar

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Britaniya, Almaniya, Fransa və Niderland rəsmilərinin İrana qarşı açıqlamalarından sonra bu dörd ölkənin Tehrandakı səfirləri İran Xarici İşlər Nazirliyinə çağırılıblar.
"Azad İran" "Telegram" kanalının məlumatına görə, İran XİN Britaniya, Almaniya və Fransanın xarici işlər nazirlərinin ABŞ ilə birlikdə İranın Ukrayna müharibəsində istifadəsi üçün Rusiyaya ballistik raketlər verməsinə dair bəyanatlarını qeyri-konstruktiv adlandırıb.
Bildirilib ki, İran Xarici İşlər Nazirliyinin Qərbi Avropa İdarəsinin rəisi Məcid Nili Əhməd xarici səfirlərlə görüşdə İrana qarşı açıqlamaları və sanksiyaları pisləyib.
"Belə mövqedə israr etmək Qərbin düşmənçilik siyasətini davam etdirməsinə xidmət edir. Təbii ki, bu cür addımlara İranın cavabı olacaq", - deyə o, bildirib.
Ukrayna münaqişəsinə toxunan Məcid Nili iddia edib ki, İran Rusiyaya ballistik raketlər göndərməyib və bu açıqlamalar əsassızdır.
Chosen
76
50
oxu.az

10Sources