EN

Korotçenkodan İrana XƏBƏRDARLIQ: “Ermənistanın maraqlarına xidmət etməyə davam etsələr...”

“İran ənənəsinə uyğun olaraq yenə də Zəngəzur dəhlizinin əleyhinə çıxış edir. Halbuki, bu dəhlizin açılması ilə bağlı Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 10 noyabr 2020-ci ildə imzaladığı üçtərəfli bəyanatda xüsusi bənd var. Amma İran guya öz milli maraqlarından çıxış edərək bəyanatın 9-cu bəndinin icrasını mümkünsüz sayır”.

Bu fikirləri Bizim.Media-ya açıqlamasında Xəzər(Rusiya) Strateji Araşdırmalar İnstitutunun baş direktoru İqor Korotçenko deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Korotçenkodan XƏBƏRDARLIQ: “Qərb Ermənistanı təxribatlara hazırlayır”

 

O bildirib ki, rəsmi Tehran üçün hazırkı prioritetlərdən biri Zəngəzur dəhlizinin açılmasına imkan verməməkdir:

“Bununla belə güclü təzyiqlər qarşısında İran Azərbaycanın Qərb bölgəsinin Naxçıvanla əlaqələndirilməsi üçün öz ərazisindən yol verdi. Bu da daha çox iqtisadi maraqlardan qaynaqlanır. Ümumiyyətlə, İran çalışır ki, bütün dəhlizlər onun ərazisindən keçsin. Beləcə, bu dəhlizlərdən həm iqtisadi, həm də siyasi dividendlər əldə etsin”.

Müsahibimiz hesab edir ki, İran regiondakı reallıqları düzgün analiz etsə, daha yaxşı olardı:

“Çünki ABŞ addım-addım Zəngəzur dəhlizinə yaxınlaşır. Bundan əlavə Ermənistan Qərbin idarəçiliyi altına düşür. İndiki vaxtda rəsmi Tehran bütün inciklikləri bir yana qoyub Azərbaycan, Rusiya və İranın beyin mərkəzlərinin birgə məsləhətləşmələrinə nail olmağa çalışmalıdır. Bu tədbir üçtərəfli formatda, yaxud ekspertlərin seminarları şəklində baş tuta bilər.

Beyin mərkəzlərinin və obyektiv hərbi-siyasi ekspertlərin köməkliyi ilə siyasətçilər üçün real bir mənzərənin yaradılması imkanı var. Əminəm ki, bu mənzərə daha çox İranın hərbi-siyasi maraqlarına uyğun gələcək. Amma qarşılıqlı ittihamlarla heç nəyə nail olmaq mümkün deyil”.

“İranın mövqeyi Ermənistanın maraqlarına xidmət edir”

İqor Korotçenko əlavə edib ki, ekspert diplomatiyası sayəsində birgə fəaliyyət planı hazırlamaq lazımdır:

“Bu plan üçtərəfli fəaliyyət üçün ən ideal variant ola bilər. Amma bu gün İranın mövqeyi daha çox Qərbin, bir az da Ermənistanın maraqlarına xidmət edir. Bu gün Ermənistan Qərbin “troya atı” kimi təkcə region ölkələrinin deyil, həm də İranın strateji maraqlarına zərbə vurur. Ona görə də rəsmi Tehran öz siyasətinə yenidən baxmalıdır. Bu baxış daha çox İranın özünə lazımdır”.

Surxay Atakişiyev, Bizim.Media

Chosen
135
bizim.media

1Sources