EN

Əməkdar artistin vəziyyəti AĞIRLAŞDI

“Artıq xəstəxana şəraitində qalması mümkün deyil, evə gətirmişik”.

Redaktor.az xəbər verir ki,bunu APA-ya açıqlamasında Bakı Bələdiyyə Teatrının aktyoru, Əməkdar artist Rafiq İbrahimovun qızı jurnalist, sənətşünas Nisə Rzayeva deyib.

“Həkimlərin də ümidi yoxdur. Atamın vəziyyəti çox ağırdır”, - o qeyd edib.

Nisə Rzayeva atasının səhhəti ilə bağlı Teatr Xadimləri İttifaqının tez-tez maraqlandığını da vurğulayıb: “Bu çətin günlərdə yanımızda olduqlarına görə, Bakı Bələdiyyə Teatrı və İttifaqa minnətdarıq”.

Qeyd edək ki, aktyor onkoloji xəstəlikdən əziyyət çəkir.

Chosen
56
15
redaktor.az

10Sources