EN

Türkiyədə fəhlələri daşıyan mikroavtobus qəzaya uğrayıb: 11 nəfər yaralanıb

Türkiyənin Hatay şəhərində ağır yol qəzası olub.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Hatayın İskənderun rayonunda yanacaq çəni ilə fəhlələri daşıyan mikroavtobusun toqquşması nəticəsində 11 nəfər yaralanıb.

Qəza yerinə təcili tibbi yardım və polis qrupları cəlb edilib.

Yaralılar təcili yardım maşınları ilə ətrafdakı xəstəxanalara aparılıb.

Şəbnəm Mehdizadə

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
68
e-huquq.az

1Sources