Avropa Birliyi rusiyalı Formula-1 pilotu Nikita Mazepin və “Vaqner” özəl hərbi şirkətinin keçmiş rəhbəri Yevgeni Priqojinin anası Violetta Priqojinaya qarşı sanksiyaları ləğv edib.
Azadmedia.az xəbər verir ki, bu barədə AB-nin rəsmi jurnalında dərc edilmiş məlumatda qeyd olunub.
Belə ki, Avropa Məhkəməsi adıçəkilən şəxslərə qarşı məhdudlaşdırıcı tədbirlərin ləğv edilməsi barədə qərar qəbul etdiyi üçün AB Şurası onları qara siyahıdan çıxarıb.