EN

İrandan cəfəng Zəngəzur iddiası: Bu mesajla Ermənistana gəlirlər

İran xarici işlər nazirinin müavini Məcid Taxt-Rəvançi Ermənistana gələcək.

Teleqraf.com xəbər verir ki, o, bu barədə X sosial şəbəkəsində erməni həmkarı Vaan Kostanyanla söhbətindən sonra məlumat verib.

“Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan mənə zəng elədi. Mən bütün qonşularımızla münasibətləri möhkəmləndirmək istəyimizi bir daha təsdiqlədim. Beynəlxalq sərhədlərin toxunulmazlığı ilə bağlı prinsipial mövqeyimizi bildirdim. Onun İrəvana səfər dəvətini məmnuniyyətlə qəbul etdim”, - iranlı diplomat bildirib.

“Beynəlxalq sərhədlərin toxunulmazlığı” məsələsinə gəlincə, İran rəsmisi bununla Zəngəzur dəhlizini nəzərdə tutur. Tehranda bu, dəhlizin açılmasını “Ermənistan-İran sərhədində dəyişiklik” kimi qəbul olunur. Tehranın bu qəribə və absurd iddiası onu Moskva ilə üz-üzə qoyub. Bir neçə gündür məsələ ilə əlaqədar Rusiya ilə İran arasında gərginlik yaşanır.


Müəllif: Mənsur Rəğbətoğlu
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
67
teleqraf.com

1Sources