EN

Vyetnamda 226, Tailandda 33 insanı öldürən qasırğa: İnsan əməllərinin nəticəsi FOTOLARda 

Bu il Asiyanın ən güclü qasırğası olan "Yagi" Vyetnamda 226 nəfərin ölümünə səbəb olub. Bundan başqa  torpaq sürüşmələri və daşqınlarla müşayiət olunduğu üçün geniş dağıntılara səbəb olan qasırğa 7 gündür ki, səngimək bilmir.


Adalet.az xarici mediaya istinadən xəbər verir ki, qasırğa bir həftədir ki, Vyetnamın bir çox qəsəbə və kəndlərin su altında qaldığı şimal bölgələrində davam edir.
Qasırğa 33 qurbanın olduğu Taylanda da çatıb. Alimlər uzun müddətdir ki, qasırğaların okeanın istiləşməsi ilə daha intensiv və ölümcül xarakter alması barədə xəbərdarlıq edirlər. İnkişaf etmiş ölkələr insan səbəb olduğu iqlim böhranına görə tarixi məsuliyyətin böyük hissəsini daşısalar da, təsirin əsas hissəsini inkişaf etməkdə olan ölkələr və kiçik ada dövlətləri daşıyır.

 P.S. Hegemon dövlətlər hər gün bir ballistik raketin sınağın keçirərlərsə,  dünyanı zəhərli silahlarla doldurarsa, dənizlərdə, havada, torpaqda , insanların arasında bu zəhəri gündəlik  tələbat kimi işlədərsə... Şükür ki, hələ dünya bunlara dayanır. 

 Əntiqə Rəşid 

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
43
adalet.az

1Sources