Avropa İttifaqı “Vaqner” özəl hərbi şirkətinin keçmiş rəhbəri Yevgeni Priqojinin anası Violetta Priqojinaya qarşı sanksiyaları ləğv edib.
News24/az Globalinfo.az-a istinadla xəbər verir ki, bu barədə Aİ-nin rəsmi jurnalında qeyd olunub.
Avropa Məhkəməsi adıçəkilən şəxslərə qarşı məhdudlaşdırıcı tədbirlərin ləğv edilməsi barədə qərar qəbul etdiyi üçün Aİ Şurası onları qara siyahıdan çıxarıb.