EN

“Formula 2” üzrə Azərbaycan “Qran-pri”sində qəza olub

Xəbər verdiyimiz kimi, Bakıda keçirilən “Formula 2” üzrə Azərbaycan “Qran-pri”sinə start verilib.

Yarışın ilk günündə “Formula 2” pilotu qəza törədib.

“Formula 2” komandalarının sərbəst yürüşü zamanı “MP Motorsport” komandasının pilotu Oliver Götenin idarə etdiyi bolid səddə çırpılıb.

Nəticədə qırmızı bayraq qaldırılıb. Avtomobil trasdan çıxarılıb.

Qeyd edək ki, yarışın ilk günündə “Formula 1” və “Formula 2” komandalarının sərbəst yürüşləri və sıralama turu keçiriləcək.

Chosen
82
4
azpost.info

5Sources