Türkiyənin yerli və milli havadan müdafiə çətiri olan “Polad Qübbə” dünya gündəmini zəbt edib. Xalqcəbhəsi.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Amerika mətbuatından sonra Yunanıstan mətbuatı da bu məsələyə yer verib. Yunanıstanın “Kathimerini” qəzeti, “Polad Qübbə”nin xüsusiyyətlərinə geniş yer verərkən, geniş çeşiddə hava hücumundan müdafiə vasitələrini bir-biri ilə birləşdirəcəyini, real vaxtda əməliyyat effektivliyini təmin edəcəyini və süni intellektin köməyi ilə sistemləri mərkəzdən idarə edəcəyini ifadə edib. Digər tərəfdən “Polad Qübbə”nin xüsusiyyətləri ilə bağlı xəbərlərdə, "Bu çox qatlı hava müdafiə çətiri, hərtərəfli hava məkanının qorunması üçün bir sistem olaraq mövcud və gələcək radarları, rabitə şəbəkələrini və hava hücumundan müdafiə silahlarını koordinasiya edə biləcək",-deyə vurğulanıb.