EN

“Alen Delonla birlikdə çəkildiyi kadrların çoxunu kəsdilər”

"Qəflətən yanından keçib siqnal verirdilər. Sözün düzü qorxurdu. Bilərəkdən edirdilər. Yaşadığımız ərazidə bütün günü demək olar ki, o siqnal səslənirdi. Bəzən xoş təsir edirdi, bəzən isə əsəbləşirdi. Bir dəfə də bir taksiyə minib. Görüb ki, siqnalı "Ay Ələsgər"dir".

Yenisabah.az moderator.az-a istinadla xəbər verir ki, bunu mərhum Əməkdar artist Ələsgər Məmmədoğlunun xanımı Nazilə Mənsimova deyib.

O bildirib ki, aktyorun Siyavuş Aslanla "Ay, Ələsgər", "Nə var e Ələsgər" dialoqu sözləri siqnala çevrilib. vakansiya

N. Məmmədova əlavə edib: "Deyib ki, niyə belə hərəkətlər edirsiz? Sürücü deyib ki, ay Ələsgər müəllim, ucuz deyil e, 300 manat verib siqnal yazdırmışam. Uzunmüddətli dialoqları gedib. Ələsgər maşından düşəndə zarafatca deyib ki, siz mənə 300 manat yox, 150 manat verin, sizin üçün onu uca səslə oxuyum".

Mərhumun xanımı bildirib ki, Əməkdar artist "Tehran-43" filmində dünya şöhrətli aktyorlarla rol alıb: 

"Alen Delonla birlikdə "Tehran-43" filmində çəkilib. Həmin film 6 seriya idi. 4 seriyasını kəsib, 2 seriyasını saxladılar. Biz 6 seriyasına da baxmışdıq. Sonra gördük ki, Ələsgərin də olduğu kadrların əksəri kəsilib".


Telegram kanalımız
Chosen
87
3
yenisabah.az

10Sources