EN

Senator Qubad İbadoğlu ilə bağlı çağırış etdi

Yayımlandı: 13 Sentyabr 2024 13:57 Çağırış iqtisadçının doğum günündə yazılıb ABŞ Senatının üzvü Ben Kardin Azərbaycan hökumətinə iqtisadçı Qubad İbadoğlunu azad etməsi üçün çağırış edib. Senator bu barədə “X” sosial şəbəkəsində yazıb. Bildirib ki, Qubad İbadoğlu Azərbaycanda korrupsiyanı tənqid etməsi ilə tanınır. O, iqtisadiyyat və vətəndaş cəmiyyəti müdafiəsi sahəsindəki işi ilə beynəlxalq nüfuz qazanıb. “Bu fəaliyyətlərinə görə 274 gündür ev həbsindədir”. Ben Karden. Foto: “cardin.senate.gov” Kardin bu çağırışı sentyabrın 12-də Qubad İbadoğlunun 53-cü doğum günündə yazıb. Qubad İbadoğlu London İqtisadiyyat Məktəbinin keçmiş tədqiqatçısı, iqtisadçıdır. Azərbaycanda dövlət xərcləri, dövlət müəssisələrindəki korrupsiya mexanizmini ifşa etməkdə tanınır. 2023-cü ilin sonlarından həbs edilib və həbsini siyasi sifariş hesab edir. “Amnesty International” və “Human Rights Watch” kimi insan hüquqları təşkilatları onun həbsini siyasi motivli adlandırıblar. Meydan TV

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
9
xural.com

1Sources