EN

Rusiyada miqrant uşaqları üçün orta təhsil ödənişli ola bilər

Rusiyada miqrant uşaqları üçün orta təhsil ödənişli ola bilər.

AzEdu.az  APA-ya istinadən xəbər verir ki, miqrant uşaqların ödənişli təhsili ilə bağlı layihə Dövlət Dumasına təqdim olunacaq.

Layihənin müəllifi Liberal Demokrat Partiyasından olan deputatlardır.

Mövcud qanunvericiliyə görə, xarici vətəndaşlar məktəbəqədər, ibtidai ümumi, əsas ümumi və orta ümumi təhsil almaqda rusiyalılarla bərabər hüquqlara malikdirlər.

Bu, miqrant uşaqların sayının nəzarətsiz artmasının Rusiya məktəblərində 900 minə yaxın yer çatışmazlığına səbəb olması ilə izah edilir.

Qeyd edək ki, Rusiya parlamenti ölkəyə əmək miqrantlarının ailəsini gətirmələrini qadağan edən qanunu qəbul etməyi də planlaşdırır.

Chosen
81
7
azedu.az

8Sources