EN

Qubada gənclər təltif olundu

Quba rayonunda təhsil sahəsində uğur qazanmış gənclərlə görüş keçirilib.
12 sentyabr 2024-cü il tarixdə Quba rayon Heydər Əliyev Mərkəzində 600-dən yuxarı bal toplayaraq tələbə adını qazanan gənclər və respublika fənn olimpiyadasının qalibi olan şagirdlərlə görüş keçirilib. Görüşdə Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Coşqun Əliyev, Rayon İcra Hakimiyyətinin və Quba-Xaçmaz Regional Təhsil İdarəsinin məsul şəxsləri, təhsil işçiləri iştirak edib.
Çıxış edənlər əsası xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən milli təhsil quruculuğu, islahatları, yeni məktəb binalarının inşası, təhsil müəssisələrinin maddi-tədris bazasının möhkəmləndirilməsi, informasiya və kommunikasiya texnologiyaları ilə təmin edilməsi sahəsində uğurlardan danışmış, tələbə adını qazanan gəncləri və olimpiyada qalibi olan şagirdləri təbrik edərək onlara gələcək həyatlarında uğurlar arzulamışlar.
Tələbə adını qazanan gənclər və eləcədə onların təhsil aldıqları məktəblərin rəhbərləri yaradılan şəraitə, göstərilən diqqətə və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişlər.
Tədbirin sonunda 600-dən yuxarı bal toplayaraq tələbə adını qazanan gənclərə və respublika fənn olimpiyadasının qalibi olan şagirdlərə fəxri fərmanlar və hədiyyələr təqdim edilmişdir.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
16
xalq.az

1Sources