EN

Londonda ictimai nəqliyyat sisteminə kiberhücum

Londonda yerli nəqliyyat idarəetmə orqanı olan “Transport for London” (TfL) sistemlərinə edilən kibertəhlükəsizlik hücumunda təxminən 5 min müştərinin bank məlumatları oğurlanıb.

"Cebheinfo.az" xəbər verir ki, TfL-nin bu gün müştərilərinə göndərdiyi məlumat e-poçtunda sentyabrın 1-də sistemlərində bəzi şübhəli fəaliyyətlərin aşkar edildiyi və girişin məhdudlaşdırılması üçün tədbirlər görüldüyü bildirilib.

Elektron məktubda hərtərəfli araşdırma aparıldığı və araşdırmalar çərçivəsində bəzi müştəri məlumatlarına daxil edildiyinin müəyyən edildiyi bildirilib.

Adları, e-mail ünvanları və ev ünvanları daxil olmaqla bəzi müştərilərin əlaqə məlumatlarının yer aldığı e-poçtda ictimai nəqliyyat kartı Oyster kartının geri qaytarılması məlumatlarına və təxminən 5 min müştərinin bank hesablarına daxil ola biləcəyi ifadə edilib.

Britaniya mətbuatında yer alan xəbərlərə görə, istintaq çərçivəsində bir şübhəli tutulub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
10
1
cebheinfo.az

2Sources