EN

Rusiya Mərkəzi Bankı uçot dərəcəsini 19 %-ə qaldırıb

Rusiya Bankının (Mərkəzi Bank) Direktorlar Şurasının bu gün keçirilən iclasında uçot dərəcəsini 100 baza bəndi – illik 19 %-ə qədər artırmaq barədə qərar qəbul edilib.Elchi.az “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə qurumdan bildirilib.“Hazırkı inflyasiya təzyiqləri yüksək olaraq qalır. 2024-cü ilin sonuna illik inflyasiya, çox güman ki, iyul proqnoz aralığı olan 6,5-7 %-i keçəcək. Daxili tələbatın artımı hələ də mal və xidmətlərin təklifinin genişləndirilməsi imkanlarını xeyli üstələyir. Dezinflyasiya prosesini bərpa etmək, inflyasiya gözləntilərini azaltmaq və onun 2025-ci ildə hədəfə qayıtmasını təmin etmək üçün pul siyasətinin əlavə sərtləşdirilməsi tələb olunur”, – məlumatda qeyd edilib.Rusiya Bankı növbəti iclasda da uçot dərəcəsinin artırılması ehtimalını istisna etmir.İlkin olaraq əksər analitiklərin əsəs proqnozu oktyabrda keçiriləcək növbəti iclasda artım ehtimalı ilə sentyabrda uçot dərəcəsini 18 % səviyyəsində saxlamaq idi.Əsas məzənnənin səviyyəsi ilə bağlı məsələyə baxılacaq növbəti iclas oktyabrın 25-nə təyin edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
19
8
elchi.az

7Sources