EN

Bölgələrdə müəllim çatışmazlığı: “Məktəb sayını azaldıb keyfiyyəti artırmalıyıq”

Elm və təhsil naziri Emin Əmrullayev kənd yerlərində boş qalan 2 min vakansiyanın daha çox musiqi, təsviri incəsənət və s. kimi fənlər üzrə olduğunu qeyd etdi. Məlumdur ki, həmin fənlərin dərs saatı az olduğu üçün müəllimlərə həmin boş qalan vakansiyaları seçmək sərf etmir. Ona görə də bu fənləri başqa müəllimlər tədris edir.

 

Bəs, bu problemin aradan qaldırılması üçün hansı addımlar atılmalıdır? 

 

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən təhsil eksperti Elvin Bədirov bildirib ki, Bir çox kəndlərimizdə əhali sayının azalması, kəndlərin az qala kimsəsizləşməsi həmin kənd məktəblərində şagirdlərin sayını da xeyli azaldıb:

 Açıklama yok.

“Müəllimlərin işə qəbulu prosesi kifayət qədər şəffaf və ədalətli keçirilir, lakin buna baxmayaraq hər il xeyli vakansiya tutulmamış qalır və tədris ili boyunca dərslər qeyri ixtisas müəllimlər tərəfindən aparılır.

 

Düzdür,  problemin statistikası göstərir ki, əsasən rəsm, musiqi, texnologiya, xarici dil kimi tədris edilən rus dili fənni üzrə məktəblərimiz çətinliklə üzləşir, lakin sayı az olsa da digər fənlər üzrə də bu hadisə yaşanmaqdadır. Problemin kökü illərlə formalaşdığı üçün asanlıqla həlli mümkün deyil.

 

Bir çox kəndlərimizdə əhali sayının azalması, kəndlərin az qala kimsəsizləşməsi həmin kənd məktəblərində şagirdlərin sayını da xeyli azaldıb. Nəticədə həmin məktəblərin dərs yükü azalır və təbii ki, tək rəqəmli dərs sayına müəllimlərin razılıq verməsi mümkün olmur”.

 

Müsahibizim bildirib ki, bunun həlli üçün ən ideal variant yaxın kənd məktəblərini birləşdirmək, dərs bölgüsünü və saatların sayını optimallaşdırmaqdır:

 

“Əsas çətinlik şagirdlərin bir kənddən digərinə getməsi ola bilər ki, bunun da çıxış yolu keyfiyyətli şagird nəqliyyatını formalaşdırmaq olacaq.

 

Bakıda hər gün yaxşı təhsil almaq üçün on minlərlə şagird yaşadığı yerdən uzaq məsafədə təhsil almaq üçün gedir. Niyə də bölgələrdə, kənd məktəblərində bunu etməyək. Bu həm də hər məktəbi saxlamaq üçün dövlət büdcəsindən ayrılan maliyyə vəsaitlərinin effektiv xərclənmə təyinatına köməklik edəcək. Həm məktəblərin sayını azaldıb keyfiyyətini artıracağıq, həm də dərs yüklərinin sayına müvafiq müəllim çatışmazlığı problemini də minimuma endirmiş olacağıq”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
21
1
azedu.az

2Sources