EN

Təhsil xərci 9 mindən çox olan ixtisaslar... – Səbəb nədir?

Ötən gün sosial şəbəkələrdə bakalavr və magistratura pilləsi üzrə ən bahalı ixtisaslar açıqlanıb.

 

Belə ki, bakalavr pilləsi Bəstəkarlıq, Dirijorluq, İnstrumental ifaçılıq və Vokal sənəti üzrə illik təhsil xərc 9 min manat təşkil edir.

 

Magistratura pilləsi isə Bəstəkarlıq, Dirijorluq və İnstrumental ifaçılıq ixitsası üzrə illik təhsil xərci 10 min manatdır.

 

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən təhsil eksperti Elçin (Əfəndi) Əfəndiyev bildirib ki, bir çox insan təhsil haqqı və təhsil xərcləri ifadəsini səhv salır:

 Açıklama yok.

“Belə ki, təhsil xərci bir tələbənin təhsil aldığı 1 il ərzində ona çəkilən ümumi xərclərdir ki, məsələn dövlət sifarişli təhsil alan tələbələr üçün həmin xərc dövlət büdcəsi tərəfindən ödənilir. Qeyd olunduğu kimi də əsasən bəstəkarlıq, dirijorluq və instrumental ifaçılıq vokal sənəti kimi ixtisaslarda bakalavr pilləsində 9 min manat təhsil xərci ayrılır.

 

Magistratura da isə təxminən bu istiqamət üzrə təhsil alan tələbələr üçün dövlət sifarişində təhsilin xərci 10 min manat olaraq dəyərləndirilir. Əlbəttə, bu istiqamətdə təhsil almaqda maraqlı olan şəxslər var. Həmin şəxslər əsasən orta ixtisas təhsil pilləsini, kolleci bitirən şəxslərdir. Yaxud da aşağı yaşlarda musiqi istiqamətində təhsil alan şəxslərdir.

 

Onlarda biri dirijor, biri bəstəkar olmaq istəyir. Düzdür, digər ixtisaslarla müqayisə etdiyimiz zaman statistik baxımdan çoxluq təşkil etmədiyini müşahidə etmək olar. Amma orta statistik olaraq hər il aidiyyəti üzrə hər bir ixtisasa ayrı-ayrılıqda 20-30 nəfər müraciət edir. Nəticə etibarı ilə həmin ixtisaslara tələbə qəbul olur. Burada təhsil xərcləri digər ixtisaslarla müqayisədə daha çoxdur”.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
17
1
azedu.az

2Sources