EN

Dolların sonu gəldi: bu ölkələrdə görün nə istifadə ediləcək

Dollara inam azalır və BRİKS ölkələri blokçeyn texnologiyasından istifadə edərək qızılla dəstəklənən rəqəmsal valyuta yaratmağı düşünür.

News24.az Publika.az xəbər verir ki, bu haqda "American Thinker"də məlumat dərc olunub.

Nəşrin yazdığına görə, ABŞ Moskvanın SWIFT bank sisteminə çıxışını kəsib və bu, onu dollar və avro ilə ticarət imkanından məhrum edib. Bununla belə, bəzi ölkələr artıq yerli valyutalarla ticarət sövdələşmələri bağlayır və tendensiya getdikcə artır.

"Rusiya və Çin dolları zəiflətmək, onun neft dolları olmasını dayandırmaq üçün səylər göstərir", - deyə "Natixis" əmtəə analitiki Berhard Dahdah bildirib.

Bundan başqa, ölkələr dollardan asılılıqdan xilas olmaq üçün qızıl almağa başlayıblar. BRİKS qızılla dəstəklənən və ya məsələn, blokçeyn əsasında valyuta və ya ödəniş proqramı yaratsa, bu, indiki ilə müqayisədə daha stabil və etibarlı sistem olacaq.

Analitiklər dəfələrlə qeyd ediblər ki, dolların zəifləməsi ABŞ hökumətinin yüksək borcları, ehtiyatsız xərcləmələri və inflyasiyanın artması ilə bağlıdır. Eyni zamanda, qızıl etibarlı aktiv hesab olunur, çünki onun dəyəri daha az şübhə doğurur.


Chosen
21
2
news24.az

3Sources