Azərbaycan Premyer Liqasında VI tur start götürüb.BUTA.TV xəbər verir ki, turun ilk qarşılaşmasında "Araz-Naxçıvan" "Kəpəz"i qəbul edib. Görüşdən Naxçıvan təmsilçisi qalib ayrılıb. Yeganə qolu 76-cı dəqiqədə Bernardo Diaş gəncəlilərin qapısına vurub.