EN

Niderland tədqiqat və layihələrə investisiya qoyuluşunda geridə qalır

Niderland

Bakı, 14 sentyabr, AZƏRTAC

Niderland tədqiqat və layihələrə sərmayə qoyuluşu baxımından çox geridə qalır.

AZƏRTAC xəbər verir ki, bu barədə ölkənin NU.nl onlayn qəzeti yazır. Bildirilir ki, hazırda Niderlandda elmi tədqiqatlara qoyulan sərmayənin xüsusi çəkisi ÜDM-in 2,3 faizini təşkil edir.

Avropa İttifaqında razılaşdırılıb ki, hər bir ölkə ÜDM-in azı 3 faizini tədqiqat və layihələrə ayırmalıdır. Bu, Avropa ölkələrinin Asiya ölkələri və ABŞ ilə daha yaxşı rəqabət apara bilməsini təmin etmək məqsədi daşıyır.

TNO tədqiqat agentliyinin məlumatına görə, Niderland Almaniya (3,1 faiz), Belçika (3,5 faiz) və Cənubi Koreya (4,9 faiz) kimi ölkələrdən çox geri qalır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
44
1
azertag.az

2Sources