Bu ay Ukrayna Prezidenti Volodimir Zelenski ilə ABŞ Prezidenti Co Bayden arasında görüş olacaq. Onlar Ukraynanın sülh planını müzakirə edəcəklər.
ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, bunu V.Zelenski Yalta Avropa Strategiyasının XX illik konfransında çıxışı zamanı bildirib.
“Bu ay Prezident Bayden ilə görüşümüz planlaşdırılıb. Mən ona qələbə planını - bir-biri ilə əlaqəli həllər sistemini təqdim edəcəyəm. Bunun sayəsində Ukrayna bu müharibəni sülhə doğru istiqamətləndirmək üçün kifayət qədər güc qazanacaq”, - deyə Zelenski bildirib.
Prezident vurğulayıb ki, Ukraynanın güclü mövqelərə ehtiyacı var. “ABŞ bu işdə kömək edə bilər. Əgər biz hər halda əsas tərəfdaşımızla qələbə istəyiriksə, o zaman mənim ABŞ Prezidentinə təqdim edəcəyim qələbə paketi möhkəm sülhə, sülh formulunun tam şəkildə həyata keçirilməsinə yol aça bilər”, - deyə Ukrayna dövlətinin başçısı qeyd edib.
Emil Hüseynli
Kiyev
Mənbə: AZƏRTAC