EN

Zelenski ay sonunda Baydenlə görüşüb sülh planını müzakirə edəcək

Sentyabrda ABŞ və Ukrayna prezidentləri Co Bayden və Volodimir Zelenski arasında görüş keçiriləcək.

Bizim.Media xəbər verir ki, bunu V.Zelenski Yalta Avropa Strategiyasının XX illik görüşündə deyib.

Zelenski bildirib ki, görüşdə Ukraynanın sülh planı müzakirə olunacaq:

"Bu ay Prezident Baydenlə görüşümüz planlaşdırılıb. Mən ona qələbə planını - bu müharibəni sülhə doğru istiqamətləndirmək üçün Ukraynaya kifayət qədər güc verəcək bir-biri ilə əlaqəli həllər sistemi təqdim edəcəyəm", - V.Zelenski bildirib.

Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
22
25
bizim.media

10Sources