Vaşinqton, 14 sentyabr, AZƏRTAC
ABŞ Dövlət katibi Antoni Blinken Ermənistanın baş naziri Nikol Paşinyanla telefon danışığı zamanı Azərbaycanla Ermənistan arasında davamlı və layiqli sülhün vacibliyini bir daha təsdiqləyib.
AZƏRTAC-ın məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin yaydığı məlumatda deyilir. Bildirilir ki, Blinken tərəflər arasında son irəliləyişləri, o cümlədən sərhədlərin delimitasiyasının tənzimlənməsinə dair razılaşmanı alqışlayıb.
Tərəflər həmçinin ABŞ-Ermənistan münasibətlərinin genişlənməsinə dair müzakirə aparıblar.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton