Çində pensiya yaşı artırılır.
Azpost.info bildirir ki, Ümumçin Xalq Nümayəndələri Konqresi (Parlament) 1950-ci illərdən bəri ilk dəfə pensiya yaşının artırılmasını təsdiqləyib.
Kişilər üçün pensiya yaşı indiki 60-dan 63-ə, qadınlar üçün 50-dən 58-ə (rəhbər işçilər üçün) və 55-ə (işçilər üçün) artırılacaq.
Pensiya yaşı 2025-ci ildən başlayaraq tədricən 15 il ərzində artırılacaq. Bundan əlavə, 2030-cu ildən pensiya almaq üçün tələb olunan baza haqlarının ödənilməsi üçün minimum müddət mərhələli şəkildə 15 ildən 20 ilədək artırılacaq.