EN

Tramp: ABŞ-a Rusiya ilə hərbi münaqişə lazım deyil

Tramp: ABŞ-a Rusiya ilə hərbi münaqişə lazım deyil

Amerika Birləşmiş Ştatlarına Rusiya ilə hərbi münaqişə lazım deyil.

ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, bu fikri ABŞ prezidentliyinə namizəd Donald Tramp Las-Veqas şəhərində (Nevada ştatı) çıxışı zamanı səsləndirib.

“Kamala Harrisə səs verməklə siz Rusiya ilə müharibəyə səs verirsiniz. Rusiya ilə müharibə istəyən varmı? Lazım olsa, biz buna gedəcəyik. Amma buna yol verməmək məsləhətdir", - deyə o vurğulayıb.

Trampın sözlərinə görə, Harrisə səs verməklə amerikalılar hərbi çağırışın bərpasına da səs vermiş olacaqlar: “O, çağırışı bərpa etmək, uşaqlarınızı orduya çağırmaq və müharibəyə göndərmək istəyir”.

Qeyd edək ki, Tramp prezident seçiləcəyi təqdirdə Ukrayna münaqişəsini 24 saatda həll edəcəyini, danışıqlara başlamaq çağırışı ilə Putinə və Zelenskiyə şəxsən müraciət edəcəyin bildirib.

Mənbə: AZƏRTAC

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
9
8
ilk.az

8Sources