EN

Bakıdan Şuşaya müntəzəm avtobus reysi fəaliyyətə başlayır

Bakı. Trend:

“Böyük Qayıdış” proqramı çərçivəsində Azərbaycan YerüstüNəqliyyat Agentliyi (AYNA) tərəfindən sentyabrın 16-danBakı-Xocalı-Xankəndi-Şuşa müntəzəm avtobus reysi istifadəyəveriləcək.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən Trend-ə verilən məlumata görə, məqsədişğaldan azad edilmiş ərazilərdə məskunlaşan vətəndaşlarınkeyfiyyətli nəqliyyat infrastrukturu və xidmətləri ilə təminolunmasıdır.

Reyslər Bakı Beynəlxalq Avtovağzal Kompleksindən həyatakeçiriləcək. Bakı-Şuşa istiqamətində biletin qiyməti 14.80 manat,Bakı-Xankəndi istiqamətində 14.20 manat, Bakı-Xocalı istiqamətindəisə 13.90 manat təşkil edir.

Biletləri “biletim.az” portalı üzərindən yalnız onlayn qaydadaəldə etmək olar.

Qeyd edək ki, biletləri əldə edərkən işğaldan azad olunmuşərazilərə girişlə bağlı buraxılış qaydalarına uyğun olaraqicazələrin olması mütləqdir.

Chosen
64
5
az.trend.az

10Sources