EN

"MƏN İSTƏYİRƏM Kİ..." - 15 sentyabr Bilik Gününə

Etibar Əliyev,Təhsil eksperti, fəlsəfə üzrə fəlsəfə doktoruMən istəyirəm ki, şəhid övladları özəl orta məktəblərdə pulsuz təhsil alsınlar;Mən istəyirəm ki, şagird və tələbələr ən yaxşı dərsliklərlə təmin olunsunlar;Mən istəyirəm ki, bir uşaq belə təhsildən kənarda qalmasın;Mən istəyirəm ki, uşaqların azı 70 faizi məktəbəqədər təhsilə cəlb olunsun;Mən istəyirəm ki, çağımızın tələbinə uyğun tərbiyəçi-müəllim hazırlığı üçün proqram qəbul olsun;Mən istəyirəm ki, uşaqlar məktəbə qayıtsınlar;Mən istəyirəm ki, şagirdlər repetitorsuz fənn proqramlarını mənimsəsinlər;Məm istəyirəm ki, təhsil üçün heç bir əhəmiyyəti olamayan qrant layihələrinə xərclənən (yeyilən) milyonlarla manat vəsait məzmuna və təhsil müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılmasına xərclənsin;Mən istəyirəm ki, Beynəlxalq Riyaziyyat və İnformatika olimpiadlarından şagirdlərimiz qızıl medal gətirsinlər;Mən istəyirəm ki, müəllimlər dərs deməklə yanaşı, həm də tərbiyələndirsinlər; Mən istəyirəm ki, müəllim şagirdi döyməsin;Mən istəyirəm ki, şagirdin əlində telefon yox, kitab olsun;Mən istəyirəm ki, bütün məktəblərimiz keyfiyyətli təhsil versin, keyfiyyətdə coğrafiya faktoru götürülsün;Mən istəyirəm ki, məktəblərə direktor seçimi tanışlıq, qohumluq və maddi maraqla olmasın;Mən istəyirəm ki, elə dərsliklər yazılsın ki, şagirdlərin başqa mənbələrdə (test kitabçalarında) gözü qalmasın;Mən istəyirəm ki, məktəb məzunlarının azı 40 faizi peşə məktəblərinə üz tutsunlar;Mən istəyirəm ki, internat məktəblərində uşaqların payına göz dikilməsin;Mən istəyirəm ki, valideyn məktəb rəhbərliyi arasındakı qarşıdurma səngisin;Mən istəyirəm ki, ölkədə azı 20 müasir peşə təhsili məktəbi qurulsun;Mən istəyirəm ki, bütün ixtisaslar üzrə ali təhsil alanlar özlərinə asanlıqla iş tapa bilsinlər;Mən istəyirəm ki, ali məktəb müəllimləri o qədər maraqlı mühazirə oxusunlar ki, kənardan da dinləyicilər mühazirəni dinləməyə meyl etsinlər;Mən istəyirəm ki, ali məktəb müəllimləri onlayn mühazirə aparsınlar; Mən istəyirəm ki, ali məktəb müəllimləri yeni biliklərin mənbəyini bilib tələbəyə göstərsinlər; Mən istəyirəm ki, müəllimlə tələbə oxuduqları kitabı müzakirə etsinlər;Mən istəyirəm ki, müasir kitab mağazalarında ayda azı 10 universitet müəllimi ilə rastlaşım;Mən istəyirəm ki, mütaliyə edən insanlara açıq olan zəngin universitet kitabxanları olsun;Mən istəyirəm ki, pullu özəl orta məktəblər hər il kasıb istedadlı uşaqlara 10 faiz yer ayırsınlar. Buna borcludular, çünki Dövlət babamın pulu hesabına bu məktəbləri yaradıblar;Mən istəyirəm ki, universitetlərə əsasən kitabı bilən və intellektual şəxslər rektor təyin olunsun;Mən istəyirəm ki, azı 3 universitetimiz dünyanın aparıcı reytinqlərində əhəmiyyətli yer alsınlar;Mən istəyirəm ki, tələbələr üçün kiçik də olsa Silikon vadisi yaradılsın; Mən istəyirəm ki, təhsilə təhsili bilən, onu duyan şəxslər rəhbərlik etsinlər;Mən istəyirəm ki, Elm və Təhsil Nazirliyi özlərini güclə yaşadan ali məktəblərdən pul qoparmasın;Mən istəyirəm ki, Elm və Təhsil naziri bir daha müəllimləri və alimləri aşağılamasın...

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
7
6
mediaxeberleri.az

8Sources