EN

FIA prezidenti: “Bakı yarışının qadın marşalları idman dünyası üçün yeni ilham mənbəyi olacaq” - FOTO

Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkətinin baş direktoru Maqsud Fərzullayev və Azərbaycanda səfərdə olan Beynəlxalq Avtomobil Federasiyasının (FIA) prezidenti Mohammed Ben Sulayem bu gün qadın marşallarla görüşüb.

İdman.biz xəbər verir ki, FIA prezidenti Mohammed Ben Sulayem görüş zamanı bildirib ki, Bakı yarışının qadın marşalları idman dünyası üçün yeni ilham mənbəyi olacaq.

Qonaq vurğulayıb ki, qürurverici haldır ki, Azərbaycan Avtomobil Federasiyası və Bakı Şəhər Halqası Əməliyyat Şirkəti qadınların idmandakı nüfuzunun artması üçün bu cür təşəbbüslə çıxış edib: "Bərabərlik, Müxtəliflik və İnklüzivlik siyasəti FIA-nın başlıca qayəsi olmaqla, qadınların idarəçilik mövqeyinin artmasına töhfə vermək vacib məqsədlərimizdəndir. Ümid edirəm, Bakı yarışının qadın marşalları idman dünyası üçün yeni ilham mənbəyi olacaq".

BŞH-nin baş direktoru Maqsud Fərzullayev isə əlavə edib ki, qadın marşallarımızın 16-cı döngədə yerləşən postu onların töhfələrinin yarışın gələcəyi üçün nə qədər vacib olduğunu göstərir. Onun sözlərinə görə, qadınları belə mühüm bir posta yerləşdirməklə, biz sadəcə onların nailiyyətlərini qeyd etmirlər, eyni zamanda daha inklüziv və dinamik bir idman üçün yol açırlar: "Qlobal miqyasda motoraport inkişaf etdikcə, Bakı Şəhər Halqasının Qadın Marşal Postu bu idmanın müxtəlifliyi qəbul etdiyini və qadınlar üçün daha çox imkanlar yaratdığını nümayiş etdirir”.

Qeydcedək ki, hazırda Azərbaycan Qran Prisinin ümumi marşal heyətinin 36%-ni təşkil edən qadınlar kişi həmkarları ilə mühüm vəzifələri yerinə yetirir, o cümlədən trekdə baş verən hadisələri idarə və yarış əməliyyatlarına nəzarət edirlər. "Formula-1" Qatar Airways Azərbaycan Qran-prisi qadınların fəal rolunu vurğulamaq üçün bir ilkə imza ataraq Bakı Şəhər Halqasının həlledici, 16.2-ci döngəsində “Qadın Marşal Postu” yaradıb. Artıq üçüncü ildir ki, tətbiq edilən bu təşəbbüslə qadın marşallar yarış əməliyyatlarında ön sıralarda olur ki, bu da yeniliyə və tədbirin əhəmiyyətli məqamına çevrilir.

İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
23
9
idman.biz

10Sources