EN

Pedaqoji Universitetin tələbəsi Moskvada mükafat aldı - FOTO

Moskvada keçirilən BRICS ölkələrinin 7-ci Media Sammiti işini başa çatdırıb.

Bizim.Media xəbər verir ki, sammit çərçivəsində “Çoxqütblü dünyada sabitliyin və əməkdaşlığın möhkəmləndirilməsində BRICS media ictimaiyyətinin rolu” mövzusunda dəyirmi masa formatında panel müzakirələri keçirilib.

Moderator qismində TASS-ın baş direktorunun birinci müavini Mixail Qusman çıxış edib.

Tədbir çərçivəsində Rusiyanın TASS İnformasiya Agentliyinin 120 illik yubileyinə həsr olunmuş MDB ölkələrinin humanitar universitetlərinin və dövlət ali təhsil müəssisələrinin humanitar fakültələri tələbələrinin əsərlərinin beynəlxalq müsabiqəsinin qalibləri mükafatlandırılıb. Qaliblər arasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbəsi Nargilə Məhərrəmova da olub.

Diplomları qaliblərə TASS-ın baş direktoru Andrey Kondraşov və MDB ölkələrinin humanitar universitetləri rektorlarının və dövlət ali təhsil ocaqlarının humanitar fakültələri dekanları Forumunun Koordinasiya Şurasının sədri, akademik Yefim Pivovar təqdim ediblər.

Müsabiqəyə Birlik ölkələrindən 50 universitetin “TASS MDB məkanındakı informasiya proseslərində” mövzusunda esse yazan tələbələri qatılıblar.

Sammit Yekun Bəyannamənin qəbul olunması ilə başa çatıb.







Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
19
3
bizim.media

4Sources