EN

Bu etimadı və bizim fəaliyyətimizə göstərilmiş güvəni doğruldacayıq

Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov: "Mediasiya Şurası ilə Probasiya xidməti birgə pilot qaydada zərərçəkmiş və cinayət törətmiş şəxslər arasında (victim offender mediation) mediasiya işlərinə başlayacaq."

"Ölkə başçısı möhtərəm cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə hər bir istiqamətdə olduğu kimi ədliyyə sahəsində də Mediasiya Şurası olaraq əsaslı və surətli islahatları müşahidə edirik. Bu əlbəttə ki, bizi qürurlandırır. Ədliyyə naziri hörmətli Fərid Əhmədovun dəstəyi ilə növbəti mühüm addım, Azərbaycanda bərpaedici ədliyyənin (Retorative Justice) təşəkkül tapması ilə bağlı görülən işlər barədə bir sıra qeydləri diqqətinizə çatdırmaq istərdim.
Belə ki, Mediasiya Şurası ilə Probasiya xidməti birgə pilot qaydada zərərçəkmiş və cinayət törətmiş şəxslər arasında (victim offender mediation) mediasiya işlərinə başlayacaqdır. Bu işlərin həyata keçirilməsində əsas məqsəd probasiya qeydiyyatında olan məhkumları, zərərçəkmiş şəxsləri barışdırmaq və onları sosial adaptasiya və reablitasiya tədbirlərinə yönəltməklə yeni cinayətlərin törədilməsinin qarşısını almaq, həmçinin cəmiyyətin təhlükəsizliyinin təmin edilməsinə töhfə verməkdir. Bu addım hüquq islahatlarının praktik tətbiqi sahəsində mütərəqqi bir addımdır. Hörmətli nazir Fərid Əhmədova əməkdaşlığa və mediasiya institutuna göstərdiyi etimada görə bütün mediatorlar adından dərin təşəkkür edirəm.
Əmin edirəm ki, bu etimadı və bizim fəaliyyətimizə göstərilmiş güvəni doğruldacayıq.
Fərid müəllimin dəstəyi ilə hüquq islahatlarında yeni və praktik bir mərhələnin iştirakçısı olmaq qürurvericidir. Ola bilər ki, mövzu ictimai fikir üçün çox yeni və ümumiyyətlə işlənməmiş bir mözudur.
Odur ki, bu sahədə daha çox məlumatlandırmanı təmin etmək məqsədi ilə bərpaedici ədliyyə tarixi, inkişafı və metodları barədə Probasiya xidmətinin rəisi, Avropa Bərpedici Ədliyyə Formunun (EFRJ) üzvü Vüqar Ağayevin məqaləsi ilə bir sonrakı postda yerləsdirilən linkə keçid edərək tanış ola bilərsiniz.

Chosen
36
businesstime.az

1Sources