Ötən gün Göyçay şəhərində intihar hadisəsi baş verib.
Â
Bakıvaxtı.az bildirir ki, 37 yaşlı Pünhan Hacıyevin meyiti səhər saatlarında asılı vəziyyətdə yaşadığı evin qonşuluğunda ailəsinə məxsus digər evdə tapılıb.
Â
Mərhumun son zamanlar mərc oyunları oynadığı və xeyli borcunun yarandığı bildirilib. İntiharın da bu səbəbdən baş verməsi ehtimal edilir.
Â
O, Milli Aviasiya Akademiyasının Hüquq fakültəsini bitirib.
Â
Faktla bağlı Göyçay Rayon Prokurorluğunda araşdırma aparılır.