EN

Şuşa, Xankəndi və Xocalıda tədris bərpa olunur

Yeni tədris ilində Şuşa, Xankəndi və Xocalıda tədris bərpa olunur.

Milli.Az report-a istinadən xəbər verir ki, bu gündən Azərbaycanda 2024-2025-ci tədris ili başlanır.

Yeni tədris ilində ümumi təhsil müəssisələrində ilk dərs "Yaşıl dünya naminə həmrəylik" mövzusuna həsr olunacaq.

2024-2025-ci tədris ilində respublika üzrə I siniflərə 132 min 261, məktəbəhazırlıq qruplarına isə 89 min uşaq qəbul olunub.

Qeyd edək ki, 2024-2025-ci tədris ilində ali təhsil pilləsində Qarabağ Universiteti və Türkiyə-Azərbaycan Universiteti qapılarını ilk dəfə tələbələrin üzünə açır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
11
29
milli.az

10Sources