EN

Şəmkirdə qəza: Polis zabiti həlak oldu

Şəmkir rayonunda ağır yol qəzası baş verib.

 

“Qafqazinfo” xəbər verir ki, rayonun Şiştəpə kəndi ərazisində “Toyota” markalı avtomobilin qəzaya uğraması nəticəsində sərnişin - 1996-cı il təvəllüdlü Elbəyi Həsənov həyatını itirib. Sürücü müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

 

Bildirilir ki, həlak olan E.Həsənov polis baş leytenantıdır. Ailəli olan E.Həsənov Şəmkir Rayon Polis Şöbəsində sahə müvəkkili vəzifəsində çalışırmış.

 

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
9
15
senzor.az

10Sources