EN

Azərbaycan və Ermənistan ilk dəfə birgə, vasitəçi olmadan bəyanat veriblər

Azərbaycan və Ermənistan Sovet İttifaqı dağılandan və Qarabağ münaqişəsi başlayandan bəri ilk dəfə birgə bəyanat imzalayıb.

Bəyanat heç bir vasitəçi və ya üçüncü tərəf olmadan, Azərbaycan və Ermənistanın baş siyasi qurumları tərəfindən verilib. Onlar əsirlərin dəyişdirilməsinə razılaşıblar.

Razılaşmaya görə, 32 erməni hərbçi və 2 azərbaycanlı hərbçini tərəflər müvafiq olaraq azad edəcək.

Birgə bəyanat aşağıdakı 3 məsələni əhatə edir:

1. Hərbçilər azad olunur

"Humanizm dəyərlərini rəhbər tutaraq və xoşməramlı addım olaraq, Azərbaycan Respublikası 32 erməni hərbçini azad edir. Ermənistan Respublikası öz növbəsində humanizm dəyərlərini rəhbər tutaraq və xoşməramlı addım olaraq, 2 azərbaycanlı hərbçini azad edir", bəyanatda deyilir.

2. Qarşılıqlı xoş niyyət

Azərbaycan və Ermənistan bir-birinin namizədliklərini müxtəlif təmsilçilik üzrə dəstəkləyiblər.

Bəyanatda deyilir ki, xoş niyyətin təzahürü olaraq, Ermənistan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransına (COP29) ev sahibliyinə öz namizədliyini geri götürür və, Azərbaycan Respublikasının namizədliyini dəstəkləyir.

Xoş niyyətin təzahürü olaraq, Azərbaycan da, Ermənistanın Şərqi Avropa Qrupundan COP-un Büro üzvlüyünə namizədliyini dəstəkləyir.

3. Sülhə hazırlıq

“Azərbaycan Respublikası və Ermənistan Respublikası regionda çoxdan gözlənilən sülhün əldə olunması üçün tarixi fürsətin yarandığı fikrini bölüşür", bəyanatda deyilir.

"İki ölkə münasibətləri normallaşdırmaq, suverenlik və ərazi bütövlüyü prinsiplərinə hörmət əsasında sülh sazişinə nail olmaq niyyətini bir daha təsdiq edir”, birgə bəyanatda deyilir.

Azərbaycan və Ermənistan qarşılıqlı etimad yaratmaq öhdəliyi götürdüklərini də bəyan ediblər.

Azərbaycan və Ermənistan yaxın gələcəkdə əlavə etimad quruculuğu tədbirlərinin həyata keçirilməsi üçün müzakirələri davam etdirəcəklər, bəyanatda deyilir.

Tətərflər beynəlxalq ictimaiyyəti "iki ölkənin qarşılıqlı etimadın yaradılmasına töhfə verəcək, bütün Cənubi Qafqaz regionuna müsbət təsir göstərəcək səylərini dəstəkləməyə" çağırıblar.

İlham

Şəklin mənbəyi, Getty Images

Chosen
98
bbc.com

1Sources