EN

Rəfiqəsini bıçaqlayan qadın həbs edildi

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən bədənə ağır xəsarət yetirmə) maddəsi ilə təqsirli bilinən Xəzangül Mustafa qızı İsmayılovanın növbəti məhkəmə prosesi keçirilib.
BUTA.TV Unikal.az-a istinadən xəbər verir ki, cinayət işində zərərçəkmiş qismində Alekseyevna Tatyana Qeorqiyevna tanınıb. Məhkəmə prosesində bir neçə şahid dindirilib və hakim məhkəmə istintaqının yekunlaşdırılması ilə bağlı tərəflərin mövqeyini öyrənib. Sonra dövlət ittihamçısı Eldar Həmzə ittiham nitqi ilə çıxış edərək Xəzangül İsmayılovanın 4 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Təqsirləndirilən şəxsin vəkili isə məhkəmədən həbslə bağlı olmayan cəzanın verilməsini xahiş edib. "Polisin nəzarəti altına vermə" qətimkan tədbiri altında olan Xəzangül İsmayılova da vəkili ilə razı olduğunu bildirib. Məhkəmə müşavirəyə gedib gəldikdən sonra hökm elan olunub və Xəzangül İsmayılova 3 il müddətinə azadlıqdan məhrum edilib və məhkəmə zalında həbs edilib.

Xatırladaq ki, hadisə ötən il iyun ayının 30-da ƏƏSMN-nin tabeliyində olan Sosial Xidmətlər Agentliyinin Zabrat qəsəbəsində yerləşən Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial reabilitasiya Müəssisəsində qeydə alınıb. Belə ki, hər iki şəxs oranın daimi sakini olublar. Münaqişəyə səbəb isə Tatyananın Xəzəngülə "moşennik" deməsi olub. Bundan sonra Xəzangül mətbəxi bıçağı ilə öz rəfiqəsinə ağır xəsarət yetirib. Ona qarşı Sabunçu RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə cinayət işi başlayıb.

Chosen
25
7
buta.tv

6Sources