EN

Məzahir Pənahov: "Artıq MSK-nın icraatında müraciət qalmayıb"

Artıq bizim icraatımızda olan müraciət qalmayıb.

"Cebheinfo.az" xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.

Məzahir Pənahov bildirib ki, MSK artıq seçkilərə yekun vurmaq mərhələsinə keçir: “Mən poçta gələn müraciət olub-olmadığını da yoxlatmışam. Əllə olan müraciətlərin də tarixi artıq keçib. Nə vaxtsa bizə poçtla nəsə gəlsə, müddət pozulmasa, biz onu Konstitusiya Məhkəməsinə göndərə bilərik”.

"Cebheinfo.az"

Chosen
21
22
cebheinfo.az

10Sources