EN

"Araz-Naxçıvan"ın müdafiəçisi özü haqda bu XƏBƏRİ OXUYUB?

"Araz-Naxçıvan"ın futbolçusu Urfan Abbasov Azərbaycan çempionatlarında 300-cü oyununu keçirib.

Sportinfo.az Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, 31 yaşlı müdafiəçinin yubiley matçı Azərbaycan Premyer Liqasının VI turuna təsadüf edib.

“Kəpəz”lə ev görüşündə (1:0) əvəzolunmadan meydanda olub. O, ölkə çempionatları tarixinə 300 və daha çox oyun keçirən 28-ci futbolçu kimi düşüb.

Premyer Liqada 2011/2012 mövsümündə debüt edən müdafiəçi 3 klubun formasını geyinib.

“Qəbələ”də 248, “Səbail”də 47, “Araz-Naxçıvan”da 5 dəfə şans qazanıb.

i,00 matçda 7 qola imza atan U.Abbasov Qəbələ təmsilçisində 5, paytaxt klubunda 2 dəfə fərqlənib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
13
25
sportinfo.az

10Sources