EN

ABŞ Konqresi UNO-larla bağlı dinləmələr keçirəcək


ABŞ Konqresi yaxın həftələrdə UNO (Uçan Naməlum Obyekt) problemi ilə bağlı ictimai dinləmələr keçirəcək.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Britaniyanın “Daily Mail” qəzeti ABŞ Senatının yüksək vəzifəli üzvünə istinadla məlumat yayıb.
Qəzet dinləmələrin UNO-larla bağlı son iddialar əsasında baş tutacağını qeyd edib.
Senator Kirsten Cillibrand da dinləmələrin tezliklə baş tutacağını təsdiqləyib. O, bu cür məlumatların ictimaiyyətə açıq olmasının vacibliyini vurğulayıb.
Həmçinin, nəşr qeyd edib ki, Konqresin təhqiqatı amerikalılardan UNO-larla bağlı gələn məlumatların artması fonunda başlayıb. UNO-lardan biri bir neçə gün əvvəl Montanada, ABŞ Hərbi Hava Qüvvələrinin nüvə bazasından 60 mil aralıda görünüb.
Qeyd edək ki, ABŞ Konqresində yerdənkənar sivilizasiyaların mövcud olması və onlarla mümkün təmasların baş verməsi ilə əlaqədar ilk ictimai dinləmələr 2023-cü ildə baş tutmuş, bu dinləmələr çərçivəsində sabiq MKİ zabiti Devid Qruş UNO-larla bağlı insidentlərin baş verdiyi ərazilərdə qeyri-insan mənşəli texnologiyalar aşkar edildiyini bildirmişdi.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
15
16
yeniavaz.com

10Sources