EN

SİPER Blok-2 ZRS-nin atış sınağı yerinə yetirilib

Türkiyədə SİPER Blok-2 (Ürün-2) uzun mənzilli zenit-raket sisteminin (ZRS) növbəti atış sınağı uğurla həyata keçirilib.

“Poliqon” xəbər verir ki, bu barədə Türkiyənin müdafiə sənayesi başqanı Haluk Görgün özünün “X” hesabında paylaşım edib.

Bildirilib ki, “Polad Günbəz” (“Çelik Kubbe”) konsepsiyasında yer alan SİPER ZRS Türkiyənin Müdafiə Sənayesi Başqanlığının koordinasiyası altında ASELSAN, “Roketsan” və TÜBİTAK SAGE tərəfindən birgə inkişaf etdirilib

“Uzun mənzil və yüksək hündürlükdə effektiv müdafiə təmin edən SİPER, ölkəmizin sərhədlərini polad qalxan kimi qoruyaraq tam müstəqil müdafiə hədəfimizi daha da gücləndirir”, – deyə paylaşımda qeyd olunub.

Xatırladaq ki, Türkiyədə SİPER Blok-2 ZRS-nin ilk atış sınağı ötən ilin avqust ayında yerinə yetirilib.

Chosen
31
poliqon.az

1Sources