EN

Yenikənd məktəbliləri bu il dərsi qonşu kənddə keçəcəklər

Yayımlandı: 16 Sentyabr 2024 15:18 Məktəbin binası təmirə dayandırılsa da, sakinlər iş getmədiyini deyir Siyəzəndəki Yenikənd kəndinin məktəbliləri bu il təhsillərini başqa məktəblərdə davam etdirəcəklər. Çünki kənddəki məktəb binası qəzalı vəziyyətə düşdüyündən şagirdləri digər məktəblərə köçürüblər. Kənd sakinləri Meydan TV-yə bildiriblər ki, uzun illərdir məktəb binası əsaslı təmir edilmədiyindən yararsız hala düşüb. Məktəbin tavanı, döşəməsi sıradan çıxıb, pəncərələr kartonla, sellofanla bağlanıb. Kənd sakini Nizami Əliyev bildirib ki, uzun illərdir uşaqlar bu şəraitdə dərs keçirlər. “Bina elə gündədir ki, hər an dağıla bilər. Yağan yağış sinif otaqlarına dolurdu, divarlar nəmişlikdən qaralımışdı. Xüsusilə qışda otaqları qızdırmaq mümkün olmurdu”, -valideyn bildirib. Foto: Meydan TV Yenikənd əhalisinin sayına görə Siyəzənin böyük kəndlərindən biridir. Əhali əkinçilik, quşçuluqla dolanır. 400 şagirdlik məktəb şəhid Vüqar Qasımovun adını daşıyır. Sakinlər bildiriblər ki, təxminən bu ilin aprelində məktəb təmirə dayandırılıb. Lakin təmir işləri demək olar ki, aparılmayıb. Halbuki tədris mövsümünə qədər bina sökülüb yerində yenisi tikilə bilərdi. Sakinlər onu da bildiriblər ki, şagirdlərin bir qismi qonşu kəndlərdəki məktəbə köçürülüb. Bir qismi isə kənddəki digər məktəbdə oxuyacaq. Valideynlərdən biri deyib ki, həmin məktəbdə onun 3 övladı təhsil alır. Uşaqların hərəsi bir məktəbə köçürülüb. Foto: Meydan TV Yenikənd Kənd Bələdiyyəsindən Meydan TV-yə bildiriblər ki, məktəb binası təmir olunması üçün qapadılıb. Bina yaxın vaxtlarda təmir ediləcək. O ki qaldı uşaqların digər məktəblərə köçürülməsinə, Elm və Təhsil Nazirliyi tərəfindən onlara avtobus ayrılıb. Quba-Xaçmaz Regional Təhsil İdarəsindən isə bildiriblər ki, məktəb binasında təmir işlərinə yaxın vaxtlarda başlanılacaq. Hələlik isə uşaqları avtobusla digər kənddəki məktəbə aparıb-gətirəcəklər. Meydan TV

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
9
1
xural.com

2Sources