EN

Heydər Əliyev Fondu tərəfindən Ağstafada inşa olunan daha bir məktəb istifadəyə verilib

Heydər Əliyev Fondu tərəfindən inşa edilən Ağstafa rayonunun Zəlimxan kənd A.Asimoğlu adına tam orta məktəbi istifadəyə verilib.Mediaxeberleri.Az-ın məlumatına görə, məktəb binasının birinci korpusu 1930-cü ildə, ikinci korpusu isə 1988-ci ildə inşa olunub. Ötən müddət ərzində bina köhnəldiyindən istifadəyə yararsız vəziyyətə düşmüşdü. Heydər Əliyev Fondu tərəfindən məktəb üçün 220 şagird yerlik yeni bina inşa edilib.Burada 12 sinif otağı, fizika və kimya laboratoriyaları, informatika, hərbi təlim, tibb, əmək təlimi otaqları, kitabxana, yeməkxana, akt və idman zalları, açıq idman meydançası var.3 mərtəbəli məktəb zəruri mebel və avadanlıqla, fənn kabinetləri və laboratoriyalar əyani vəsaitlərlə tam təchiz edilib.Məktəbin həyətyanı ərazisində də abadlıq və yaşıllaşdırma işləri aparılıb, dekorativ kol və ağaclar əkilib, müasir işıqlandırma sistemləri quraşdırılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
11
25
mediaxeberleri.az

10Sources