EN

Türkiyənin Antalya hava limanında sərnişindaşıma 25 milyon nəfərə çatıb

Bakı. Trend:

2024-cü ilin avqust ayında Türkiyənin Antalya Hava Limanınagələn sərnişinlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 8 faizarataraq, 25 milyon 968 min 596 nəfər olub.

Trend xəbər verir ki, bubarədə TurkicWorld-ə Türkiyənin Nəqliyyat və İnfrastrukturNazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, 2024-cü ilin avqust ayındahava limanının daxili reyslər üzrə sərnişin dövriyyəsi 2023-cü ilinanaloji dövrü ilə müqayisədə 10 faiz artaraq, 4 milyon 465 min 529nəfər, beynəlxalq reyslər üzrə isə 8 faiz artaraq 21 milyon 503 min67 nəfər təşkil edib.

2024-cü ilin avqust ayında hava limanının yük daşınması 2023-cüilin eyni dövrü ilə müqayisədə 5 faiz artaraq 309 min 497 tontəşkil edib. Bununla yanaşı, 2024-cü ilin avqust ayında havalimanının daxili reyslər üzrə yük daşınması 2023-cü ilin eyni dövrüilə müqayisədə 8 faiz artaraq, 42 min 578 ton, beynəlxalq reyslərüzrə yük daşınması isə eyni dövrlə müqayisədə 4 faiz artaraq, 266min 919 ton təşkil edib.

Məlumata əsasən, hava limanından 2024-cü ilin avqust ayındahəyata keçirilən uçuşların sayı 2023-cü ilin iyun ayı iləmüqayisədə 4 faiz artaraq, 159 min 94 olub. Bununla yanaşı, daxilireyslər üzrə yerinə yetirilən uçuşların sayı 4 faiz artaraq, 31 min55, beynəlxalq reyslər üzrə isə 4 faiz artaraq 128 min 39 olub.

Bu ilin avqust ayında Türkiyənin bütün hava limanlarındasərnişin daşınması 154 milyon 764 min 587 nəfər, yük daşınması isə3 milyon 233 min 453 ton təşkil edib.

Xatırladaq ki, 2023-cü ildə Türkiyənin bütün hava limanlarındasərnişin daşınması 117 milyon 929 min 163 nəfər, yük daşınması isə2 milyon 417 min 502 ton təşkil edib.

Məqalədə:
Chosen
110
31
az.trend.az

10Sources