EN

Fransa komissarı istefa verdi 

Fransanın Avropa İttifaqındakı komissarı Tyeri Bröton Avropa Komissiyasının sədri Ursula von der Leyenə göndərdiyi məktubda dərhal istefa verdiyini elan edib.

 

Modern.az xəbər verir ki, bu barədə T.Bröton tviter hesabında yazıb. O bildirib ki, E.Makronun onun mandatını yenidən təzələmək (2024-2029) təklifi Ursula von der Leyen tərəfindən rədd edilib.

 

“Gələcək kollegiyanın tərkibini formalaşdırmaq üçün son anda mənimlə müzakirə etmədən və şəxsi səbəblərə görə Fransadan mənim adımın geri götürülməsini istədiniz”, - deyə T.Bröton istefa məktubunda şübhəli idarəçilikdən sitat gətirərək yazıb. “Buna görə də mən Avropa komissarı vəzifəsindən dərhal qüvvəyə minən istefa verirəm”, - deyə o bildirib.

 

Qeyd edək ki, T.Brötonun istefasından sonra Fransa dərhal istefa edən xarici işlər naziri Stefan Sejurnenin namizədliyini irəli sürüb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
10
4
modern.az

5Sources