EN

Gürcüstan jurnalist Əfqan Sadıqova siyasi sığınacaq verməkdən imtina edib

Yayımlandı: 16 Sentyabr 2024 22:27 Əfqan Sadıqov indi Azərbaycana deportasiya təhlükəsi ilə üz-üzədir Gürcüstanın Miqrasiya Xidməti bu ölkədə ekstradisiya məqsədilə barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilmiş “AzelTV” saytının rəhbəri, azərbaycanlı jurnalist Əfqan Sadıqovun siyasi sığınacaq barədə müraciətinə mənfi cavab verib. Bu barədə jurnalistin həyat yoldaşı Sevinc Sadıqova “Facebook” hesabında yazıb. Gürcüstanın Miqrasiya Xidməti sentyabrın 16-da bu barədə qərarını açıqlayıb. “Əfqan həbsdən mənə zəng etdi və Miqrasiya Xidmətindən onun siyasi sığınacaq üçün müraciətinin rədd edildiyini bildirən cavab aldığını söyləyib”, – Sevinc Sadıqova deyib. Gürcüstan Miqrasiya xidməti Əfqan Sadıqovun irəli sürdüyü mülahizələri siyasi təzyiq hesab etməyib. Əfqan Sadıqov indi Azərbaycana deportasiya təhlükəsi ilə üz-üzədir. Onun deportasiyası ilə bağlı vəsatət Azərbaycan Baş Prokurorluğu tərəfindən iyulda verilib. Sorğuda qeyd olunub ki, mayın 10-da R.Sadıqova qarşı hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilərək cinayət işi açılıb və məhkəmənin qərarı ilə onun barəsində axtarış elan edilib. Əfqan Sadıqov 2023-cü ilin dekabrında təqiblərdən qorxaraq ailəsi ilə birlikdə Gürcüstana köçüb. İyulun ortalarında onun Gürcüstandan Türkiyəyə getməsinə icazə verilməyib, səlahiyyətlilər ona yalnız Azərbaycana uça biləcəyini bildiriblər. Əfqan Sadıqov avqustun 3-də Gürcüstan polisi tərəfindən saxlanılıb.Çoxsaylı beynəlxalq təşkilat, o cümlədən ABŞ Dövlət Departamenti Gürcüstan hökumətini Sadıqovu ekstradisiya etməməyə və dərhal azadlığa buraxmağa çağırıb. Meydan TV

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
27
xural.com

1Sources