EN

DİN: Ötən gün 10 tüfəng və 1 tapança təhvil götürülüb

Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirir.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Ekologiya.az-a verilən məlumata görə, sentyabrın 17-də polis əməkdaşları paytaxt və respublikanın rayonlarında 1 tapança, 6 tüfəng və 27 patron darağı təhvil götürüblər.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 4 tüfəng aşkar edilərək götürülüb.


Qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirlər davam edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
8
16
ekologiya.az

10Sources