EN

ÜST “mpox” virusuna qarşı ilk vaksini təsdiqləyib

Bakı. Trend:

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Mpox (meymun çiçəyi) virusunaqarşı ilk vaksini təsdiqləyib. MVA-BN adlı vaksin DanimarkanınBavarian Nordic A/S biotexnologiya şirkəti tərəfindən hazırlanıb vəÜST tərəfindən ilkin təsdiq siyahısına daxil edilib.

Trend bu barədə xariciKİV-lərə istinadən xəbər verir.

ÜST-nin baş direktoru Tedros Adhanom Qebreyesus qeyd edib ki, buhəm Afrikadakı mövcud epidemiyalarla, həm də gələcəkdə xəstəlikləmübarizədə mühüm addımdır. O, vaksinin 18 yaşdan yuxarı insanlara 4həftə ara ilə 2 dozada tətbiq oluna biləcəyini vurğulayıb.

İlk simptomlar virusa yoluxduqdan sonra 21 gün ərzində görünəbilər. Virus yüksək hərarət, başağrısı, kürək və əzələ ağrıları,şişkin limfa düyünləri, yorğunluq, üşütmə və dəridə suçiçəyi kimiqabarcıqlara səbəb olur.

ÜST 2022-ci ildə irqçilik və ayrı-seçkiliklə bağlı narahatlıqlarsəbəbindən “meymunçiçəyi” adını “mpox” olaraq dəyişdirdi. “Mpox”virusu avqustun 14-də ÜST tərəfindən “ictimai sağlamlıq üçünbeynəlxalq narahatlıq doğuran fövqəladə vəziyyət” elan edilib.

Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
7
5
az.trend.az

10Sources