EN

"Azərbaycan-Ermənistan sülh sazişi Zəngəzur dəhlizinin açılmasını təmin edəcək" - İbrahim Kalın

Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) sədri İbrahim Kalın Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin Qafqazda inkişaf üçün vacib əhəmiyyət kəsb etdiyini bildirib.

Bizim.Media "Anadolu" agentliyinə istinadən xəbər verir ki, Kalın bu barədə sentyabrın 14-15-də Azərbaycanda keçirilən II Bakı Təhlükəsizlik Forumunda çıxışı zamanı danışıb.

50-yə yaxın ölkənin kəşfiyyat və təhlükəsizlik xidməti rəhbərlərinin iştirak etdiyi konfransın builki mövzusu "Qlobal nəqliyyat şəbəkələrinin təhlükəsizliyinə yönələn müasir çağırışlar" olub.

Regional və qlobal problemlərin müzakirə edildiyi konfransda MİT sədri İbrahim Kalın bir çox ölkədən olan həmkarları ilə bir araya gələrək, ikitərəfli görüşlər keçirib və aktual hadisələri müzakirə edib.

O, çıxışında qlobal mühitdə yaşanan etimad böhranları, artan terror təhlükəsi və bunların yaratdığı humanitar nəticələrə toxunub.

İbrahim Kalın Azərbaycanın 44 günlük müharibədən sonra işğaldan azad etdiyi Qarabağda həyatın normallaşması istiqamətində atdığı uğurlu addımlara diqqət çəkib, Qafqazda stabillik və inkişaf üçün Ermənistan ilə Azərbaycan arasında yekun sülh sazişinin imzalanmasının vacibliyini vurğulayıb.

MİT rəhbəri əldə ediləcək davamlı sülhün eyni zamanda Azərbaycan-Ermənistan-Naxçıvan-Türkiyə-Avropa xətti üzrə əlaqələri, o cümlədən Zəngəzur dəhlizinin açılmasını da təmin edəcəyini qeyd edib.

Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
8
4
bizim.media

5Sources