EN

Azərbaycanda tanınmış alim vəfat etdi - FOTO

Filologiya elmləri doktoru, professor Məmmədhəsən Qəmbərli vəfat edib.

Bizim.Media xəbər verir ki, bu barədə İqtisadiyyat.az-a mərhumun yaxınları məlumat verib.

Bildirilib ki, M.Qəmbərli uzun sürən xəstəlikdən sonra 89 yaşında dünyasını dəyişib.

Xatırladaq ki, Qəmbərli Məmmədhəsən Qəni oğlu 1935-ci ildə Ərdəbildə anadan olub. Alim AMEA-nın Nizami adına Ədəbiyyatı İnstitutunda baş elmi işçi vəzifəsində çalışıb.

M.Qəmbərli 1963-cü ildən etibarən AMEA-da - əvvəlcə Şərqşünaslıq İnstitutunda, daha sonra Ədəbiyyat İnstitutunda elmi fəaliyyətlə məşğul olub. 10-dan çox kitabın, 100-dən çox məqalənin müəllifidir.


Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
4
15
bizim.media

10Sources